Hadisə, Kriminal

Cərrah xəstənin sağlam ayağını kəsdi - 2 gün sonra xəbər tutdu

2 Dekabr 2021 10:54
0 Şərh     Baxış: 1 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriyada 82 yaşlı xəstənin ayağı səhv kəsilib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, klinikaların birində cərrah pasientin sağlam ayağını kəsib. 

Qadın cərrah əməliyyatı səhv etdiyini 2 gün sonra başa düşüb. Lakin onun "səhvini düzəltməyə" vaxtı olmayıb. Xəstə əməliyyatdan bir həftə sonra vəfat edib.

Məhkəməyə ifadəsində cərrah əməliyyat blokunda ayağın səhv işarələndiyini iddia edib. Məhkəmənin qərarı ilə o, 2700 avro cərimə edilib. Bundan başqa, cərrah pasientin dul arvadına 5000 avro təzminat da ödəməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.