Kriminal

Hacıqabulda 5 nəfər narkotacir saxlanıldı - FOTO

9 Avqust 2021 10:28
0 Şərh     Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, araşdırmalarla onların rayon sakinləri Süleyman Süleymanov, Rəşad Məmmədov, Əli Rüstəmov, Zülfüqar Zeynalov və Məhəmməd Babayev olduqları müəyyən edilib.

Saxlanılan zaman həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.