Kriminal

Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb

15 May 2021 12:44
Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini Sabir Abdullayev şəhər ərazisində saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı, "revolver" tipli tapança aşkar edilərək götürülüb.

Maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.