Bakıda 37 yaşlı kişini tanımadığı qadına görə küçədə döydülər - Sən belə qudurmusan camaatın arvadına məktub yazırsan?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda tanımadığı şəxslər 37 yaşlı kişini küçədə hər kəsin gözü önündə döyüb.
Milli.Az qazet.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmiş şəxsin qardaşı Rafiq Nağıyev məlumat verib. O, qeyd edib ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib:
"19.09.2020-ci il tarixdə 2 nəfər tanımadığı şəxs qardaşım 1983-cü il təvəllüdlü Rəfail Nağıyevin Məhəmməd Həsən Hacınski küçəsi 37 ünvanında yerləşən evinə gələrək öncə "bura filankəsgilin evidir?" deyə soruşub, qardaşım isə "xeyir, burada elə bir adam yaşamır" deyib.Sonra həmin şəxslər "qaqaş onda bir dəqiqə səni çölə olar?" deyərək, qardaşımı yaşadığı binanın həyətinə çağırıblar. Həyətə düşəndə, blokun qarşısında qardaşıma kağız göstərərək, "sən belə qudurmusan camaatın arvadına məktub yazırsan?" deyə soruşublar. Qardaşım isə "nə məktub?, siz nə danışırsız?, aydınlaşdırmısız? " deyə soruşanda, hər iki şəxs vəhşicəsinə ona ağır bədən xəsarətləri yetirib. Bunları aralamaq istəyən ətrafdakı şəxslərə isə nalayiq sözlərlə "bu namus məsələsidir, siz qarışmayın deyərək" uzaqlaşdırıblar.
Qardaşım çox sayılı kəllə-beyin və bədən travmaları alıb, vəziyyəti orta-ağırdır. Hadisənin başvermə anı və həmin iki xuliqanın avtomobilə minib hadisə yerindən qaçmaqları ərazidə olan təhlükəsizlik kamerasına düşüb. Onların sosial hesabları tapılıb, əlimizdə hər bir məlumat var, ancaq biz 102 xidmətinə məlumat vermişik. Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişik, hadisə araşdırılır. İnanırıq ki, həmin şəxslər tapılaraq, öz əməllərinə görə məsuliyyətə cəlb olunacaqlar".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
XƏBƏR LENTİ
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)





