Bakıda 8 milyon manatlıq əməliyyat - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 12-də həyata keçirilən növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Belə ki, Baş İdarə əməkdaşlarının əldə etdikləri məlumat əsasında Qaradağ rayonu ərazisində keçirdikləri əməliyyat zamanı paytaxt sakini Adil Eyvazov və Cəlilabad rayon sakini Xəyal Quliyev saxlanılıblar. Adil Eyvazovun idarə etdiyi "Ravon" markalı avtomobilin yük yerinə baxış zamanı bağlamalarda ümumi çəkisi 86 kiloqramdan artıq olan narkotik vasitə və psixotrop maddə, o cümlədən 61 kiloqrama yaxın heroin, 10 kiloqramdan artıq tiryək və 15 kiloqram 299 qram metamfetamin aşkar olunaraq götürülüb.
Qeyd edək ki, aşkar edilən həmin narkotik vasitə və psixotrop maddələrin qara bazarda qiyməti təxminən 8 milyon manatdır.
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər şəxsiyyəti istintaqa məlum olmayan "Milad" adlı qonşu dövlətlərdən birinin vətəndaşının qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu Suluçeşmə kəndi ərazisində gizlədilən yerdə qəbul ediblər. Xəyal Quliyev və Adil Eyvazov narkotikləri Bakı şəhərində satışını təşkil etmək məqsədi ilə götürüb paytaxt istiqamətində hərəkət edən zaman Baş İdarə əməkdaşları tərəfindən tutulublar.
Sorğu zamanı Xəyal Quliyev və Adil Eyvazov bir müddət əvvəl də həmin şəxsin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərdiyi 10 kiloqramdan artıq narkotik vasitəni qəbul etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Adil Eyvazov və Xəyal Quliyev tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Soda İbrahimiyə edam cəzası verildi
-
“Çocuklar Duymasın”ın aktrisası tanınmaz halda - (Foto)
-
"Məhkəməyə onun qardaşı yox, Güllünün oğlu kimi gedəcəyəm"
-
Bədii gimnastların zəriflik şousu başa çatdı - (Foto)
-
Yaşlanmamaq üçün oğlunun qanını özünə köçürmüşdü, indi də itinin ömrünü "uzatmaq" istəyir
-
Ən paxıl BÜRCLƏR – Gözlərinə görünməyin
-
Trampın uşaqlıq illərini keçirdiyi malikanə satıldı - (Foto)
-
Şəbnəm Tovuzlu geyim ilə müzakirə yaratdı - (Video)
-
Bakıda dəbdəbəli toy: Demet Akalın, Aygün, Röya səhnə aldı - (Video)
-
Dünyada ən çox maaş alan lider odur
-
Qeri Mayers vəfat etdi - (Foto)
-
Venesiya Film Festivalının qalibləri açıqlandı: "Qızıl Şir"i kim aldı? - (Foto)
-
Kralın dəfnindən 2 gün sonra bacısı öldü - (Foto)
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Macarıstan hökuməti Britaniya Kralına hədiyyə olunan atları geri istəyib
-
Sabah 33 dərəcə isti olacaq
-
Yoxa çıxan gəmidəkilərdən 103 nəfəri xilas olundu - 140 itkin var - Yenilənib





