Aztəminatlı ailələrə göndərilən yardımları mənimsəyən məmurun işi məhkəməyə göndərildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, bu dövrdə işləməyən şəxslər və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında neqativ hallara təəssüf ki, hələ də rast gəlinməkdədir. Bu kimi hallara qarşı prokurorluq orqanlarının ardıcıl və kəsərli tədbirləri davam etdirilir.
Milli.Az bildirir ki, bu çərçivədə aparılan tədbirlərdən biri kimi, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Mikayıl Əsədovun rayon ərazisində yaşayan aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam paylaması barədə rayon prokurorluğuna daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla Mikayıl Əsədovun Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq aztəminatlı ailələrə göndərilmiş ərzaq yardımlarını natamam şəkildə paylayaraq mənimsəməsinə, bununla da fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
6 avqust 2020-ci il tarixdə Mikayıl Əsədova Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. 13 avqust 2020-ci il tarixdə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
Mingəçevirdə 42 yaşlı kişi bıçaqlanaraq öldürülüb
-
Bakıda 31 yaşlı kişi bıçaqlandı
-
Bakıda supermarket müdirinin 100 minlik fırıldağı - Çipsilərə görə həbs edildi
-
Dəhşətli qətllə bağlı yeni detallar - (Video)
XƏBƏR LENTİ
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz





