Bakıda Rusiya vətəndaşı olan silahlı narkotacir saxlanıldı - Evindən "Kalaşnikov" çıxdı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Rauf Abdulraxmanov saxlanılıb.
Ona məxsus Binə qəsəbəsi "Bolluq" yaşayış massivində yerləşən evin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 97 kiloqram 680 qram olan 587 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bundan əlavə oradan 47 ədəd dibçəkdə yeni yetişdirilən çətənə bitkisi və 5 kiloqram 560 qram qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.
Rauf Abdulraxmanov ifadəsində narkotik tərkibli bitkiləri aprelin əvvəlində əkdiyini və onlara xüsusi qulluq etdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Rauf Abdulraxmanovun yaşadığı evdən gizlətdiyi odlu silah-sursat da aşkar edilib. Belə ki, mənzildən ona məxsus 1 ədəd nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat silah, həmin silaha aid 3 ədəd sandıqça və 38 ədəd döyüşə yararlı patron aşkar olunaraq götürülüb.
Faktla bağlı 3-cü Polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rauf Abdulraxmanovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





