Kriminal

Azərbaycanda vəzifəli şəxsin qardaşı yaxın qohumunu güllələdi - DƏHŞƏTLİ QƏTL

2 May 2020 13:14
0 Şərh     Baxış: 2 630
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir rayonunda qətl törədilib.

Milli.Az xəbər verir ki, rayonun Yeni Həyət kəndində 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu bacanağını güllələyərək öldürüb.

Belə ki, E.Süleymanov 1992-ci ildə anadan olmuş Hüseynov Elnur Salman oğlunun baş nahiyəsinə kustar üsulla hazırlanmış silahla atəş açıb. 28 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Qətli törədən şəxs barəsində Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb.

Qeyd edək ki, hadisəni törədən şəxs kənd bələdiyyəsinin sədri işləmiş Sona Süleymanovanın qardaşıdır./Publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.