Kriminal

Salyan və Bakı sakinləri Gəncədə heroin satarkən saxlanılıblar

20 Aprel 2020 20:04
0 Şərh     Baxış: 1 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan rayon sakini M.Əliyev və Bakı şəhər sakini R.Mehdiyev Gəncə şəhəri ərazisində heroin və metamfetamin satarkən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Salyan rayon sakini M.Əliyev və Bakı şəhər sakini R.Mehdiyev 533 qrama yaxın heroini və 505 qramdan artıq metamfetamini satarkən saxlanılıblar.

Davam etdirilən tədbirlərlə R.Mehdiyevin Salyan şəhəri ərazisindəki evinə baxış zamanı oradan əlavə olaraq 625 qramdan artıq heroin və 372 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.