Rusiyanın Fruzenski rayon məhkəməsində azərbaycanlılara hökm oxunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Nəbi Kərəm oğlu Süleymanov və Anar İsaq oğlu Cəbrayılov 2018-ci ildə yoldan keçən adamı döyüb, onun 65 min rubl (1,768 AZN) məbləğində pulunu alaraq əmlakını müsadirə ediblər.
Məlumatda bildirilir ki, onlar qurbanlarının boynundan tutaraq onu parka tərəf sürüyüb və döyüblər. Daha sonra pulunu alıb qaçıblar.
Bundan əlavə, onlar Sankt-Peterburq sakinindən də 73,5 min rubl (təxminən 2000 AZN) oğurlayıblar.
Sonradan həmin şəxslər digər zərərçəkənlərə qarşı üç oxşar cinayət törədiblər.
Məhkəmə qərarı ilə Cəbrayılov yeddi il altı ay, Süleymanov isə yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az