Kriminal

Sərhəddə mobil telefonları gizlədərək keçirmək istəyən şəxs saxlanıldı

18 Dekabr 2019 21:54
0 Şərh     Baxış: 1 197
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerinin sağ və sol boşluqlarında 1 ədəd "iPhone XS Cold 64 GB", 1 ədəd "iPhone XS Space Gray 64 GB", 1 ədəd "iPhone 11 Purple 64 GB", 4 ədəd "iPhone 11 Pro Max Midnight Green 256 GB" və 1 ədəd "iPhone 11 Pro Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.