Kriminal

Bakıda qadın kişini bıçaqladı

8 Noyabr 2019 17:34
0 Şərh     Baxış: 2 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Günay Eyvazovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 7-də Qaradağ rayonunda qeydə alınıb. 31 yaşlı Məhərrəmov Mətləb Sahib oğlu münaqişə zəminində Günay Eyvazova tərəfindən bıçaqlanıb.
Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Mətləb Məhərrəmovun həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Günay Eyvazova polis əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.