Kriminal

Mağazadan 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb

19 Sentyabr 2019 08:57
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürdəmirdə mağazadan 3 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, sentyabrın 2-də Kürdəmir rayonu Mürtülü kənd sakini Təbriz Abışov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 3000 manat olan məişət avadanlıqlarının və geyim əşyalarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Kürdəmir Rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Karrar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Feruz Bağızadə saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.