Kriminal

Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər - Azərbaycanda ŞOK HADİSƏ

24 İyun 2019 09:24
4 Şərh     Baxış: 6 281

Mingəçevir çimərliyində istirahət edən şəxslərlə ərazidə məskunlaşan məcburi köçkün ailəsi arasında dava yaranıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə Mingəçevir Su Anbarında yerləşən və "Üçüncü buxta" adlanan çimərlikdə baş verib.

Belə ki, keçmiş turist bazası ərazisində məskunlaşan məcburi köçkün 39 yaşlı Kəlbəcər rayon sakini Məmişov Niyaməddin Müseyib oğlu və  həyat yoldaşı Məmişova Aynurə İsax qızı ilə çimərlikdə istirahət edən bir qrup şəxs arasında mübahisə və münaqişə yaşanıb. Hadisə ailənin azyaşlı körpələrinin gözləri önündə baş verib. A.Məmişova övladları ilə birgə ərazidə heyvanları otararkən naməlum şəxslər tərəfindən nalayiq ifadələrlə təhqir olunub. Hadisədən xəbər tutan əri N.Məmişov da ora gəlib və bundan sonra tərəflər arasında mübahisə və münaqişə yaşanıb.

Nəticədə ailə başçısı N.Məmişov kürək və qabırğa nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya aparılaraq müayinə olunub və lazımi tibbi yardım alıb. O da məlum olub ki, zərərçəkənə münaqişə zamanı daşla da zərbə endirilib.

Baş vermiş hadisə ilə bağlı ailə polis orqanına müraciət edib. Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Düz · 24 İyun 10:01102

    Çimərlikdə mal otaranda döyüləcək də.

    Cavab yaz
  • Anonim
    .... · 24 İyun 10:1033

    Serefsizlik bas alib gedir

    Cavab yaz
  • Anonim
    Adi insan · 24 İyun 13:5620

    Heyf o kecmiw turist bazasindan.Gor ne gunlere qalib.Biri istirahet edir o biri mal heyvan otarir axirda da qirgin duwur.Gorunen daga ne beledci.Veziyyet goz qabagindadir.Getdi o medeni seviyyeli iller ve bir daha geri qayitmaz.

    Cavab yaz
  • Anonim
    " · 24 İyun 14:2010

    Eyni ərazi həm çimərlik,həm otlaq sahəsi olmamalıdı axı.Kim yanlışlığa yol veribsə o da bu hadisənin səbəbkarıdı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.