Kriminal

Hədə-qorxu gəlib 2000 manat pul tələb etdi - MƏHKƏMƏ İŞİ

14 Sentyabr 2018 23:03
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yasamal Rayon Məhkəməsində hədə-qorxu ilə pul tələb edən şəxsin məhkəməsi başlayıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən Hüseynov İlkin Arif oğlunun məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edir. 

Bu ilin may ayında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları vətəndaşdan hədə-qorxu ilə pul alan şəxsi yaxalayıb.

"Ölkə.Az"ın məlumatına görə, 1992-ci il təvəllüdlü Elçin Qafarov adlı şəxs polisə şikayət edərək bildirib ki, tanışı 1994-cü il təvəllüdlü İlkin Hüseynov ondan hədə-qorxu yolu ilə 2000 manat pul tələb edir.

Şikayətçinin ərizəsi alınıb və əməliyyat qurulub. E. Qafarov Nərimanov rayonu, Təbriz küçəsində İlkinə 1000 manat verən yerdə polis əməkdaşları tərəfindən yaxalanıb. 

İstintaq şöbəsinə təhvil verilən İlkin Hüseynov barəsində cinayət məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.