Kriminal

DİN Şəmkirdə qəbiristanlıqda oğurluqla bağlı xəbərlərə aydınlıq gətirdi

15 Dekabr 2017 10:12
0 Şərh     Baxış: 2 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirin Qasımalılar kəndində qəbiristanlıqda bir məzarın sinə daşının oğurlanması, bundan əvvəl də oradan bir neçə oğurluqların edilməsi faktının tək həmin kənddə deyil, qonşu kəndlərdə də insanlarda şok təsiri yaratması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

DİN-nin Mətbuat xidmətindən Milli.Az-a bildiriblər ki, əslində, vəziyyət təqdim olunduğu kimi deyil: "İki gün əvvəl Şəmkir Rayon Polis Şöbəsinə daxil olmuş ərizə ilə əlaqədar hadisə yerində olan polis əməkdaşları müəyyən ediblər ki, həmin qəbiristanlıqda illər öncə dünyasını dəyişmiş iki mərhumun qəbri üstündən 2 alüminium güldan oğurlanıb. Polis əməkdaşları tərəfindən onların tapılması istiqamətində lazımi tədbirlər görülür. Həmin qəbiristanlıqda sinə daşının oğurlanması barədə xəbərə gəldikdə isə, müəyyən olunub ki, mərhumun yaxınları həmin məzarda zəruri təmir işləri aparırlar".

Qeyd edək ki, yerli televiziyalarda yayılan məlumatalara görə, Şəmkirin Qasımalılar kənd qəbristanlığında bir məzarın sinə daşı və bir neçə qəbrin bəzəkli hissələri naməlum şəxslər tərəfindən oğurlanıb. Sakinlərin sözlərinə görə, kənd qəbristanlığında məzar daşlarının yanındakı güldanların oğurlanması hadisəsi müxtəlif vaxtlarda əvvəllər də baş verib.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.