Cəmiyyət

Şəmkirdə qəbiristanlıqdan oğurluq olub - VİDEO

14 Dekabr 2017 21:16
1 Şərh     Baxış: 1 725
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğrular bu dəfə qəbirin üstündəki mərmərdən olan sinə daşı və qəbiristanlıqda gül qoymaq üçün düzəldilən əşyalara göz dikib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Şəmkirin Qasımalılar kənd qəbristanlığında baş verib. Bir məzarın sinə daşı və bir neçə qəbrin bəzəkli hissələri naməlum şəxslər tərəfindən oğurlanıb. Zərəçəkənlər hadisədən məzarları ziyarət edərkən xəbər tutublar.
Sakinlərin sözlərinə görə, kənd qəbristanlığında müxtəlif vaxtlarda məzar daşlarının yanındakı əksər güldanlar da oğurlanıb.
Qasımalılar kənd qəbristanlığında baş verən oğurluq faktı ilə əlaqədər olaraq polisə məlumat verilib. Şəmkir rayon polis şöbəsində oğruların tutulması üçün əməliyyat başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Şəmkirdə qəbiristanlıqdan oğurluq olub

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.