"Sən alçaqsan..." - Polkovnikin məhkəməsində QALMAQAL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Bahəddin Sultanovun epizodu üzrə şahidlər dindirilib.
Onun oğlu İntiqam Sultanov deyib ki,2008-ci ildə MTN-ə çağırılaraq həbs edilib: "Onda mənim 21 yaşım var idi, Vüsal Ələkbərov məni həbs etməklə bədbəxt etdi".
V.Ələkbərov isə heç kimi bədbəxt etmədiyini deyib: "İntiqam Sultnov cinayət törədib və barəsində qanuni hökm var".
İ.Sultanov bildirib ki, MTN-də saxlanılan zaman V.Ələkbərov ondan "Texnikabank"dan götürdükləri 570 min manat krediti ödəmələrini tələb edib, o isə belə bir kredit götürmədiklərini bildirib: "Zal Yusifovla üzləşmək istədim, etmədilər. Vüsal dedi ki, fermanızı satıb pulu verib. Onun dediyini etmədik deyə məni həbs etdi. Biz kredit götürmək istəyirdik və bunun üçün də sənədləri toplayıb banka vermişdik. Amma bizə kredit ayrılmamışdı. Məhkəmədə də bu üzə çıxdı, məni sənədləri saxtalaşdırmaqda ittiham edib şərti cəza verdilər".
V.Ələkbərov İ.Sultanovun yalan danışdığını deyib: "Ona dələduzluqda iştirakçılıq ittiham verilmişdi, məhkəmə də həmin maddəni sənədlərin saxtalaşdırılmasına tövsif edib".
Bu zaman İ.Sultanov V.Ələkbərova "adam işi olar" deməsinə qarşı tərəf "Mən kişiyəm, kişi kimi də cəzamı çəkcəm. Veriləcək heç bir cəzadan qorxmuram. Lap 15-18 il cəza versinlər" deyə cavab verib. MTN polkovnikinin növbəti mübahisəsi digər zərərçəkən Hüseyn Səfərovla olub. H.Səfərova ona "evimizi yıxıbsan" deməsinə o, "heç kimin evini yaxmamışam. Cinayət törətmisiz, cəzanızı da alıbsız" deyib.
Daha sonra mübahisə dialoq formasında davam edib:
H.Səfərov: Sən alçaqsan.
V.Ələkbərov: Məni təhqir eləmə.
H.Səfərov: Sən təhqir olunmağa layiqsən.
V.Ələkbərov: Hörmətli hakim, məni təhqir edirlər, siz də təhqir olunmağıma göz yumursuz. Məni müdafiə etmirsiz. Bəs məni kim müdafiə edəcək?.
Hakim: Biz obyektiv işə baxırıq. Heç kimi müdafiə etmirik. Amma siz burada biz hakimlərə hücuma keçirsiz.
V.Ələkbərov: Mən heç bir hücuma keçmirəm.
Hakim: Hakimə hücuma keçirsiz. İmkan verin məhkəmənin hüquqin müstəvidə aparaq. Məni ciddi tədbirlər görməyə məcbur etməyin.
Mübahisə sakitləşdikdən sonra digər şahidlər də ifadə verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





