"Adam "sağmal inək" kimi döş cibində 80 min manatla MTN-ə daxil ola bilməz"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bugünkü iclas cinayət işinin zərərçəkmiş Zakir Bədəlovun iddiası əsasında baxılan epizodu üzrə şahidlərin ifadə verməsi ilə başladı.
Xatırladaq ki, Zakir Bədəlov məhkəmədə verdiyi ifadədə 2009-cu ildə Səlim Məmmədovun onun şəxsiyyət vəsiqəsini əlindən aldığılnı, Akif Çovdarovun 200 min manat tələb edərək, Gürcüstana deportasiya ilə hədə-qorxu gəldiyini demişdi.
Akif Çovdarov telefonda qadını alçaltdı
Zərərçəkmişin qızı Tamara Bədəlova bildirib ki, atası MTN-ə aparıldıqdan sonra bir neçə saat ondan xəbər ala bilməyiblər. Sonra şahidin anası Akif Çovdarovun mobil telefonuna zəng edərək, ərinin harada olması ilə maraqlanıb. Şahidin sözlərinə görə, MTN generalı qadına yaraşmayan ifadələr işlətməklə, Zakir Bədəlovun yerini deməyi artıq hesab etdiyini bildirib.
Bir müddət sonra Zakir Bədəlov ailə üzvlərinin gözü qarşısında zorla maşına otuzdurularaq, Dövlət Miqrasiya Xidmətinə aparılıb. Qızının sözlərinə görə, hüquqşünas olduğu üçün atasının məsələsini müzakirə etmək məqsədilə Xidmətin rəisi ilə görüşüb. DMX-də Tamara Bədəlovaya bildiriblər ki, MTN-dən daxil olmuş məktub əsasında araşdırma aparılır və Zakir Bədəlov Azərbaycan Respublikasının vətəndaşı deyil. Şahid vətəndaş olmadığı təqdirdə uzun illərdir atasının Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsinin olmasını diqqətə çatdırıb.
Bu epizodla əlaqədar şahid Elxan Əliyev də ifadə verib. O, həmin illərdə Zakir Bədəlova məxsus tikilidə yer icarəyə götürdüyünü və ev alqı-satqısı ilə məşğul olduğunu deyib. Şahid heç bir hadisənin bilavasitə iştirakçısı olmadığını və ümumiyyətlə, baş verənlərdən xəbərsiz olduğunu məhkəmənin diqqətinə çatdırıb.
"5-10 manat qazanmaq üçün" 30 min manat
Bundan sonra Neman Kərimovun iddiası əsasında baxılan epizod üzrə şahidlər ifadə verməyə başlayıblar. Xatırladaq ki, keçmiş polis işçisi N.Kərimov ötən iclasda MTN-ə aparılaraq, Sevinc Rüstəmovaya qalan 20 min manatlıq borcunun ödənilməsi bəhanəsi ilə daha 60 min manat "soyulduğunu" bildirmişdi.
Baş verənlərlə bağlı ifadə verən şahid Sevinc Rüstəmova Neman Kərimovla rəfiqəsi vasitəsilə tanış olduğunu deyib. 2009-cu ildə N.Kərimov qızdan 30 min manat borc istəyib və Sevinc Rüstəmovanın sözlərinə görə, o, başqa bir adamdan xahiş olunan məbləği taparaq, "5-10 manat qazanmaq xatirinə" pulu faizlə Neman Kərimova verib.
Şahid qeyd edib ki, 3-4 ay pulu faizi ilə birlikdə alıb, lakin sonradan ödənişlər dayanıb. Bu arada Sevinc Rüstəmova Neman Kərimov vasitəsilə MTN işçisi Elçin Çıraqovla tanış olur (bu tanışlığın maraqlı səbəbi barədə az sonra oxuya bilərsiniz). Ödənişlər dayandıqdan sonra S.Rüstəmova bir müddət N.Kərimovla əlaqə saxlayaraq, ondan pulun qalanını tələb edir. Lakin sonradan zərərçəkmişə zəng çatmır və şahid Elçin Çıraqova müraciət edir.
"3-cü mikrorayonda bir kafedə oturmuşduq. Elçin mənə dedi ki, şikayət etmək istəyirsənsə, ərizə yaz ver, biz məşğul olarıq", - S.Rüstəmova bildirib. Beləliklə, kafedə yazılan ərizə ilə MTN-in məsələyə qətiyyən aidiyyatı olmayan idarəsi 30 min manatın N.Kərimovdan alınması əməliyyatına başlayır.
Kafedə yazılan ərizəyə restoranda verilən cavab
Ümumiyyətlə, şahidləri və zərərçəkmişləri dinlədikcə, insanda elə təəssürat yaranır ki, söhbət hansısa sanballı dövlət qurumundan və onun işçilərindən deyil, vacib məsələlərini müxtəlif iaşə obyektlərində həll etməyə öyrəşmiş kriminal aləm nümayəndələrindən gedir. Sözügedən epizod da bu baxımdan çox nümunəvidir.
Bir neçə gündən sonra Sevinc Rüstəmova MTN-ə dəvət olunur və zərərçəkmiş Neman Kərimovla üzləşdirilir. Şahidin sözlərinə görə, MTN-də işləyən Vüqar Muxtarov üzləşmə vaxtı zərərçəkmiş Neman Kərimova fiziki təzyiq göstərib.
Bu üzləşmədən 4-5 gün sonra təqsirləndirilən Səlim Məmmədov və onun idarəsində çalışan Elçin Çıraqov Sevinci "Şəki" restoranına dəvət edirlər. Burada ona 20 min əvəzinə 14 min manat verilir və bildirilir ki, 6 min manat da sonra çatdırılacaq.
Üstündən 1 aya yaxın vaxt keçsə də, 6 min manat yiyəsinə çatdırlımır və şahidin sözlərinə görə, o, vəkilə 50 manat verərək, Daxili İşlər Nazirliyinə ərizə yazır. "Bandotdel"də pulun yerdə qalan hissəsi də S.Rüstəmovaya təqdim olunur.
Keçmiş MTN işçisi və Akif Çovdarovun qanunsuz tapşırıqları
Cinayət işi üzrə ifadə verən şahid, 2013-cü ilə kimi MTN-də çalışmış, indi özəl şirklətlərdən birinin işçisi olan şahid Elçin Çıraqov ifadəsinə başlayaraq bildirdi ki, təqsirləndirilənlər Akif Çovdarovun və Səlim Məmmədovun qanunsuz tapşırıqlarını yerinə yetirməkdən imtina etdiyi üçün işlədiyi son 3 il ərzində nazirlikdə ona heç bir iş tapşırılmayıb: "Səhər işə gəlirdim, nahara kimi kabinetdə otururdum, nahardan da sonra axşama kimi. 3 il belə işlədim. Sonra raport yazaraq, ehtiyata göndərilməyimi istədim və təqaüdə çıxdım".
Epizod üzrə ifadəsini şahid Elçin Çıraqov "tanımıram", "görməmişəm", "bilmirəm" və "xatırmalıram" kimi ifadələr üzərində qurdu.
Dövlət ittihamçısının və vəkillərin xahişi ilə prosesə sədrlik edən hakim Həbib Həsənov şahidin istintaqa verdiyi və buradakı ifadəsi ilə daban-dabana zidd olan ifadəsini oxudu. Bundan sonra prokurorların və vəkillərin suallarına cavab verən Elçin Çıraqov tamam başqa mətləblərdən danışdı.
MTN "qadın alverçisi" ilə işbirliyinə gedir
Məlum oldu ki, Elçin Çıraqov dostluq etdiyi Neman Kərimovun vasitəsilə Sevinc Rüstəmova ilə təsadüfən tanış olmayıb. "Bilirdim ki, onun vasitəsilə Türkiyəyə və Birləşmiş Ərəb Əmirliklərinə qızlar aparılıb-gətirilir. Bir əməliyyatçı kimi bu mənə maraqlı gəldi və əlaqə yaratmaq istədim. Sonra Sevinci Səlim Məmmədovla tanış etdim", - E.Çıraqov bildirib.
Onun sözlərinə görə, Sevincin sözlərinə rəğmən, ərizəni heç də kafedə yazdırmayıb: "Bizim iş yerində buna kifayət qədər imkan var idi, kafedə niyə yazdırmalı idim ki?"
Şahid Sevinc Rüstəmovanın sözlərinin əksinə olaraq, Elçin Çıraqov pulların da şikayətçiyə restoranda verilmədiyini dedi. Halbuki, işin məhz restoranda həll olunduğunu sonradan təqsirləndirilən Səlim Məmmədov özü də etiraf etdi.
İfadə verən E.Çıraqov zərərçəkmiş N.Kərimovun dindirilməsi zamanı orada olmadığını və prosesdən xəbərsiz olduğunu qeyd etdi.
Səlim Məmmədov "verbovka" əməliyyatı barədə
Şahidlər ifadə verdikdən sonra təqsirləndirilən, keçmiş MTN-də idarə rəisi işləmiş, general Akif Çovdarovun "sağ əli" Səlim Məmmədov epizodla bağlı ifadə verdi.
Onun sözlərinə görə, Neman Kərimov MTN-ə borc məsələsinə görə çağırılmayıb: "Narkotiklərlə bağlı bir iş var idi. Fikirləşdik ki, ondan istifadə edək. Mən indi burada hər şeyi olduğu kimi danışmaq istəmirəm, qapalı iclasda təfərrüatları deyə bilərəm". Eyhamlardan aydınlaşdı ki, məqsəd N.Kərimovdan bəzi məlumatları almaq və sonradan onunla əməkdaşlıq etmək olub.
Lakin "təsadüfən" elə həmin gün Sevinc Rüstəmovanın ərizəsi MTN-ə daxil olur: "Ərizəni görən kimi dedim ki, bu iş bizlik deyil. Sonrasından xəbərim yoxdur. Amma zərərçəkmişin dediyi kimi, adam "sağmal inək" kimi döş cibində 80 min manatla MTN-ə daxil ola bilməz, qapıdan buraxmazlar".
Amma sonradan necə olubsa, idarənin "işi olmayan" məsələyə görə Səlim Məmmədov bir neçə dəfə Neman Kərimovun mərhum dayısı ilə görüşüb və Sevinc Rüstəmovaya çatacaq pulları alıb.
Səlim Məmmədov Sevinc Rüstəmovaya niyə zəng edib?
Bütün bu proseslər 2009-cu ildə baş verib. Lakin maraqlı bir məqamı da oxucuların diqqətinə çatdıraq. Bunu iclasın gedişində Səlim Məmmədovun vəkili Cavid Rzazadə bildirib.
Vəkilin sözlərinə görə, telefon zənglərinin açıqlamalarından görünür ki, 2009-cu ildə Elçin Çıraqovla Sevinc Rüstəmova arasında mütəmadi əlaqə olub. Başqa sözlə, zənglərin sayı həddən artıq çoxdur. Lakin Səlim Məmmədovla Sevinc Rüstəmova arasında bircə telefon əlaqəsinə də rast gəlinməyib, ta ki 2011-ci ilə qədər.
Yəni ki, Səlim Məmmədov MTN işçisinin "qadın alverçısı" adlandırdığı şəxsə bütün bu proseslər bitdikdən xeyli sonra zəng edib. Əcəba, nəyə görə?
Növbəti məhkəmə iclası çərşənbə günü, yanvarın 25-də keçiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Bakı aeroportunda sursatla saxlanılan dünya çempionu imiş - (Foto)
-
Bakıda 13 yaşlı qız bıçaqlandı
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq





