MTN-in əlinə keçən Misir Mərdanovun xalası oğlu quldurlardan necə yaxa qurtardı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verildiyi kimi, ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.
Qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu iş üzrə zərərçəkənlərdən biri də keçmiş təhsil naziri Misir Mərdanovun qohumu - xalası oğlu, uzun müddətdir tikinti biznesində fəaliyyət göstərən Allahverdi Dəmirovdur. İstintaq materiallarından belə məlum olur ki, MTN qanqsterləri Allahverdi Dəmirovu 2015-ci ilin oktyabr ayında - Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda qapazlayıblar.
Dəmirov Allahverdi Hüseyn oğlu ifadəsində göstərir ki, 2005-ci ildə "Dəmirli Yol tikinti" MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub.
"2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində "Amor" şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər. Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar", - keçmiş nazirin qohumu ifadəsində göstərir.
Bəs Allahverdi Dəmirovu nədə ittiham ediblər və ya nəylə qorxudublar? İfadəsindən məlum olur ki, MTN-də onu kifayət qədər ciddi əməldə - ölkəyə qaçaqmalıçılıq yolu ilə külli miqdarda silah gətirib seçkiqabağı silahlı münaqişə hazırlamaqda günahlandırıblar. (Görünür, söhbət 2015-ci ilin parlament seçkilərindən gedirdi. - red.) Lakin keçmiş təhsil nazirinin qohumu soyadının boş yerə Dəmirov olmadığını MTN-dəkilərə sübut edə bilir. Ən azından onun istintaqa verdiyi ifadədən məlum olur ki, bu biznesmen kifayət qədər qorxulu ittihamdan qorxub eləməyib.
Sitat: "Otaqda olan şəxs mənə hədə-qorxu gələrək bildirdi ki, Gürcüstana qeyri-qanuni yolla pul aparmışam. Həmin pulla külli miqdarda silah alıb Azərbaycan ərazisinə gətirmişəm və guya seçkiqabağı silahlı münaqişə törətmək fikrində olmuşam. Mən həmin şəxsə cənab prezidenti dəstəklədiyimi, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində olduğumu, MTN-in dövlətə qarşı çıxdığını, vətəndaşları incitdiyini, mənə qarşı edilmiş qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayət edəcəyimi bildirdim".
Dəmirov deyir ki, onu MTN-ə aparan şəxslər Nazirliyin Anti-Terror Mərkəzinin əməkdaşları idilər. Biznesmen otaqda saxlanılarkən masanın üzərində məktub olduğunu görüb və məktuba diqqətlə baxdıqda orada MTN-in Anti-Terror Mərkəzinin rəisi Elçin Quıliyevin imzası olduğunu, məktubun mətnində adının qeyd olunduğunu dəqiq görüb. Lakin məktubun məzmununu dəqiq oxuya bilməyib.
Dəmirovu nazirlikdə təxminən 4 saat saxlayıblar, saat 20 radələrində buraxıblar. Milli Təhlükəsizlik Nazirliyinə qanunsuz aparıldığı vaxt ondan heç bir məbləğdə pul istənilməyib, nə də ki, onun özü pul verməyib. Dəmirov deyir ki, MTN əməkdaşları ondan pul tələb etmək fikrində olublar, lakin görünür, cəmiyyət içərisində yüksək nüfuza malik olduğunu, öz hüquqlarını müdafiə edib qanunsuz hərəkətlərdən şikayət edəcəyindən çəkinib bundan vaz keçiblər.
Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub. 2011-ci ildə həmin vəzifədən çıxarılıb. Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra "Bandotdel" tərəfindən saxlanıldığı da bildirilirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Bakı aeroportunda sursatla saxlanılan dünya çempionu imiş - (Foto)
-
Bakıda 13 yaşlı qız bıçaqlandı
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq





