"Allah bəlasını versin Eldar Mahmudovun, məni bu günə o qoydu..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir cinayət əməli ortaya çıxıb.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, məlum olub ki, onun əmri ilə MTN-in qara maskalıları hazırda lisenziyası geri alınmış "Zaminbank"ın idarə heyətinin sədri Nadir Hüseynovu saxlayıb və heç bir qanuni əsas olmadan nazirliyin binasında bir gün saxlayıb, ondan ağlasığmaz məbləğdə pul tələb edib. Bankir pulu verə bilməyəndə isə Eldar Mahmudovun "Bilal" MTK adlı tikinti şirkəti nazirin göstərişi ilə "Zaminbank"dan 1.5 milyon manat kredit götürüb və qaytarmayıb. Habelə Eldar Mahmudovun göstərişi ilə "Zaminbank" bəzi başqa şirkətlərə də kredit verib, həmin kreditlər də geri qayıtmayıb. Və bu, kapitalı o qədər də böyük olmayan bankın müflisləşməsinə gətirib çıxarıb.
Bütün bunları Nadir İsmayılov "gününsesi.info" saytına danışıb. Həmin sayt bundan əvvəl bankiri MTN-lə əlbir olmaqda ittiham etmişdi.
Nadir İsmayılov hazırda ağır durumda olduğunu deyib. Sitat: "Mənim bankım niyə bağlanmalı idi? Allah bəlasını versin Eldar Mahmudovun! O məni bu günə qoydu. Məni aparıb, MTN-ə salmışdılar. Heç bir hüquqi əsas olmadan bir sutka saxlayıb, ağlasığmaz məbləğ istədilər. Sonradan Eldar Mahmudovun "Bilal" MTK adlı Tikinti Şirkəti onun tapşırığı ilə 1.5 milyon kredit götürdü. Həmin krediti qaytarmadılar. Eldar Mahmudovun göstərişləri ilə çox adama kreditlər verdik. Hamısı da batdı. Mənim bankımın bağlanmasının səbəbkarı Eldar Mahmudovdur. Bu gün onun mənə külli miqdarda borcu var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
-
Bakı aeroportunda sursatla saxlanılan dünya çempionu imiş - (Foto)
-
Bakıda 13 yaşlı qız bıçaqlandı
-
Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
XƏBƏR LENTİ
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib
-
Bakıda 23 yaşlı qadın qətlə yetirildi - ögey qardaşı saxlanıldı
-
Birinci kurs tələbəsi vəfat etdi
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 17 nəfər həlak olub
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakının məşhur şadlıq sarayları təftiş edildi: Qonaqlara mal əti əvəzinə nə yedirilib? - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyanın xarici işlər nazirini qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
U-17 millimiz Litva ilə heç-heçə etdi
-
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - (Foto/Video)
-
Aparıcı Çinarə körpə qızı ilə nənəsinin yubileyində - (Video)
-
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
-
Aktrisa Leyla Musayeva vəfat etdi
-
“Ihlamurlar Altında”nın əfsanəvi cütlüyü 21 il sonra bir arada - (Video)
-
Bu tələbələrə hərbi xidmətdən möhlət verilməyəcək
-
Aşıq Zülfiyyə ilə Telli Borçalı arasında "buzlar əridi" – Barışdılar
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq





