Azərbaycanda səs-küylü qətlin qaranlıq sirləri: xəyanət, pul, məşuqələr, qisas və intihar... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Üç gün əvvəl Ağcabədidəki malikanəsində, yataq otağında, arvadının yanında baltalanan, qanı yerdə yatan balalarına bələnən iş adamının qətli müəmmalarla doludur.Xəyanət, sürəkli yalanlar, çoxlu pul və tamah, axırda da intihar. Bunlar bir yerə cəm olanda Azərbaycanda son illərin ən qanlı, həm də ən müəmmalı cinayəti yaşana bilər. Rayonda böyüklüyü və dəbdəbəsinə görə "şadlıq sarayı" adlanan malikanə özündə çox sirlər gizlədir ki, biz onları azacıq da olsa, açmağa başlayırıq.
Bir ölümün qat-qat gizlinləri
Aşağı Avşar kəndində baltalanaraq öldürülən 30 yaşlı Saqibət Qədimovun ölümünü diqqətdə saxlayaraq daha ciddi məlumatlar əldə etdik.
Qətl baş verən vaxta kimi S.Qədimov Bakıda yaşayırmış. Həmin gün öz ailəsi ilə mərhum dayısının il mərasimi üçün kəndə gəlib. Elə həmin gecə onun evində son günü olub. Həyat yoldaşı və iki azyaşlı övladı ilə evin birinci mərtəbəsində yatan S.Qədimovu balta ilə qətlə yetiriblər. S.Qədimovu öldürən zaman səsə həyat yoldaşı oyanıb. Xanımın dediyinə inansaq, o, əlində balta olan şəxsi yalnız yataq otağının qapısından çıxarkən görüb. Hadisədən sonra istintaqçılar evin hər tərəfində quraşdırılmış 8 videomüşahidə kamerasına baxsalar da, onların söndürüldüyünü görüblər.
Hadisənin cərəyan etdiyi, "şadlıq sarayı" adlanan, hündür hasarla əhatələnmiş malikanəyə cinayətkarın belə asan girib-çıxması, kameraların söndürülməsi təcrübəli istintaqçıları cinayətkarı "içəridə" axtarmağa sövq edib. Bu arada mərhum S.Qədimovun qayınatası, eyni zamanda dayısı Səhliman kişinin də Milli.Az-a qətllə bağlı qarışıq açıqlaması şübhə yaratmışdı. O: "Hələ ki heç nə məlum deyil. Rəis, prokuror hamısı burada. Evdən heç nə aparmayıblar, evin kameralarını kəsiblər. Bizə də hər şey qaranlıqdır. Sənin başqa işin yoxdur? Biz nə hayda, sən nə hayda", - deyərək telefonu söndürmüşdü.
Qətldən sonra intihar...
Bu gün məlumat əldə etdik ki, qanlı hadisəni törədən şəxs məhz həmin Səhliman kişinin 26 yaşlı oğludur. Milli.Az Ağcabədi rayonunun hüquq-mühafizə orqanlarından öyrənib ki, S.Qədimov Bakı şəhərində gürcüstanlı bir qızla qeyri-rəsmi sevgi münasibətində olub. Onun üçün də dəbdəbəli şərait yaradıb.
Buna görə qaynı Cavid İsmayılov dəfələrlə ona bütün kənddə söz-söhbətin yayıldığını, özünü ədəbli aparması barədə xəbərdarlıq edib. Görünür, onun dediklərinə S.Qədimov əhəmiyyət verməyib və qətl hadisəsi baş verib.
Hazırda C.İsmayılov şübhəli şəxs kimi saxlanılıb. Rayon Prokurorluğundan, israrlı zənglərimizə baxmayaraq, açıqlama almaq mümkün olmadı. Son anda kənd sakinlərindən aldığımız məlumata görə, S.Qədimovun qətlini eşidən Bakıdakı gürcüstanlı sevgilisi intihar edib.
Yeni təfərrüat olacaq, Milli.Az-ı izləyin...
Anar Məmmədov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Orxan Hacıyevin qatilinə hökm oxundu
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Bakıda restoranda 5000 dollarlıq oğurluq
-
“Sədərək”də biznesmeni bıçaqladılar
XƏBƏR LENTİ
-
İran və BƏƏ arasında Cəbəl Əli limanı üzərindən ticarət bərpa olunub
-
Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Zelim qızıl, Hidayət bürünc qazandı
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi itdi
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu
-
Yeşilçamın “Al Yazmalı”sından Kadir İnanıra son vida - (Foto)
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
-
II Opera Günləri layihəsi çərçivəsində “Əsrlərdən gələn irs” adlı konsert proqramı təqdim olundu - (Foto)
-
Soros universitetinin qayıdışı: Bu əməliyyatın arxasında nə durur?
-
Cəlilabadda ev yandı
-
“Qarabağ”ın sabiq ulduzu Leandro Andrade yeni klubuna keçdi
-
Kadir İnanırın son istəyi nə olub? - Qardaşı oğlu danışdı
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO





