Üç gün əvvəl Ağcabədidəki malikanəsində, yataq otağında, arvadının yanında baltalanan, qanı yerdə yatan balalarına bələnən iş adamının qətli müəmmalarla doludur.Xəyanət, sürəkli yalanlar, çoxlu pul və tamah, axırda da intihar. Bunlar bir yerə cəm olanda Azərbaycanda son illərin ən qanlı, həm də ən müəmmalı cinayəti yaşana bilər. Rayonda böyüklüyü və dəbdəbəsinə görə "şadlıq sarayı" adlanan malikanə özündə çox sirlər gizlədir ki, biz onları azacıq da olsa, açmağa başlayırıq.