Kriminal

Hüquq müdafiəçisi həbs edildi

27 Fevral 2015 10:56
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hüquq müdafiəçisi Taleh Xasməmmədov həbs edilib

Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, fevralın 26-da T.Xasməmmədov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, T.Xasməmmədov fevralın 24-də saxlanılıb. Həmin gün Daxili İşlər Nazirliyi (DİN) Taleh Xasməmmədovun saxlanılmasına aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, Göyçay rayon sakini Taleh Xasməmmədov törətdiyi konkret qanunazidd hərəkətinə görə polis tərəfindən saxlanılıb: "Bu gün saat 13.50 radələrində ərazidə xidmət aparan polis əməkdaşları bir nəfərin başqa birisini yerə yıxaraq döydüyünü görüblər. Polislər dərhal ora yaxınlaşaraq hadisəyə müdaxilə ediblər. Məlum olub ki, Taleh Xasməmmədov idarə etdiyi nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün Zahir adlı şəxs ona irad bildirib. Bu zəmində onlar arasında mübahisə düşüb və Taleh Xasməmmədov Zahirə müxtəlif bədən xəsarətləri yetirib. Onlar hər ikisi saxlanılıblar. Zərərçəkən Zahirin ərizəsi əsasında Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalara başlanıb və məsələyə hüquqi qiymət veriləcək".

T. Xasməmmədov 2011-ci ildə də xuliqanlıq və polisə müqavimətdə ittiham olunaraq Göyçay Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.