Kriminal

Bakıda talançı tutuldu

27 Avqust 2014 13:24
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda talaNçı həbs edildi. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi keçirib.

Bu ilin iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri Vüsal Rzayevin, Famil Məmmədovun, Əli Vəliyevin, Vahid Rəhimovun avtomobillərindən oğurluq etmiş, Rəşad Kərimovun, Səttar Fətəliyevin avtomobillərindən oğurluğa cəhd göstərmiş, Şəhanə Mustafayevanın, Şahin Məmmədovun və İradə Cəfərovanın avtomobillərinin şüşəsini sındıraraq əmlaklarını qəsdən məhv etmiş şəxsi qandallamaq mümkün olub.

Həmin şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Mirəliyevdir. 

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.