Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda daha yeddi QHT-nin bank hesabına həbs qoyulub
5 Avqust 2014 19:36
0 Şərh
Baxış: 3 055
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həbs qərarı bəzi QHT rəhbərlərinin şəxsi hesablarına da şamil edilib
Azərbaycan Baş Prokurorluğunun təqdimatına əsasən rayon məhkəmələrinin qərarları ilə bir sıra qeyri-hökumət təşkilatının (QHT) bank hesabına həbs qoyulub.
APA-nın məlumatına görə, həmin QHT-lər sırasında Rəşid Hacılının sədri olduğu Media Hüquqları İnstitutu İctimai Birliyi, Elçin Abdullayevin sədri olduğu Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyi, Əsabəli Mustafayevin sədri olduğu Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Ənnağı Hacıbəylinin sədri olduğu Azərbaycan Hüquqçular Assosiasiyası, Leyla Əliyevanın sədri olduğu Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Zöhrab İsmayılın sədri olduğu "Azad İqtisadiyyata Yardım" İctimai Birliyi var.
Bu QHT-lərlə bağlı Baş Prokurorluğun məhkəmələrə təqdimatı əsasən eyni məzmunludur. Təqdimatlarda qeyd edilib ki, cinayət işi Azərbaycanın bir sıra QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə istintaq olunur. Cinayət işi üzrə ABŞ-ın Marşal Fondu, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Humanitar Təşkilatın (İREX), Lixtenşteyn Knyazlığının Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Azərbaycandakı nümayəndəlikləri və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən bu QHT-lərin bank hesablarına külli miqdarda vəsaitin köçürülməsi ilə əlaqədar həmin pul vəsaitinin cinayətin predmeti olmaqla, alət və vasitə kimi istifadə edilməsinə dair sübutlar mövcud olduğundan ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi, gələcəkdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin xüsusi müsadirəsinin təmin edilməsi, həmçinin özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədi ilə həmin QHT-lərin bank hesablarının üzərinə cinayət təqibinin davam etdiyi müddətdə ərzində həbs qoyulmaqla onlar üzrə əməliyyatlar aparılmasına xitam verilsin. Rayon məhkəmələri də bu QHT-lərin bank hesabları üzərinə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulması barədə qərar verib.
Eyni zamanda R. Hacılı, E. Abdullayev və Z. İsmayılın şəxsi hesabları üzərinə də həbs qoyulub.
Bir müddət əvvəl bank hesabına həbs qoyulmuş Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və Z. İsmayıl APA-ya açıqlamalarında adları çəkilən QHT-lərin və şəxslərin bank hesablarına həbs qoyulduğunu təsdiqləyib.
İREX-in Azərbaycan nümayəndəliyinin bank hesabına isə təktərəfli həbs qoyulub. Bunu APA-ya açıqlamasında İREX-in hüquqşünası Ələsgər Məmmədli bildirib. Onun sözlərinə görə, avqustun 1-dən bank hesabından vəsait çıxarmaq mümkün olmayıb. Ə. Məmmədli təşkilatın fəaliyyətinin şəffaf olduğunu, noyabrın 1-ə qədər araşdırmaların başa çatacağına, bank hesabı üzərindən həbs qərarının götürüləcəyinə inandığını qeyd edib: "İREX Azərbaycan Nümayəndəliyi bəyan edir ki, Azərbaycandakı bütün fəaliyyətləri ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilib və yenə də davam edir. Ölkədəki bütün fəaliyyət Əli Həsənovun sədri olduğu Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası ilə sıx koordinasiya edilib, bütün fəaliyyətlər qarşılıqlı əlaqələndirmə ilə və onlara məlumat verilərək davam etdirilib. Ayrıca, İREX-in Azərbaycan Nümayəndəliyi Azərbaycan qanunlarının tələblərinə hər zaman hörmətlə yanaşır, öz işini qanunvericiliyin, o cümlədən Milli Məclisin 18 iyul 2000-ci ildə qəbul etdiyi "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Yardım Göstərilməsinin Asanlaşdırılmasına dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanunun tələblərinə uyğun qurub".
Qeyd edək ki, bundan əvvəl Mirvari Qəhrəmanlının sədri olduğu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı, İntiqam Əliyevin sədri olduğu Hüquq Maarifçiliyi Cəmiyyəti, Rəsul Cəfərovun sədri olduğu Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti, Emin Hüseynovun sədri olduğu Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun da bank hesablarına həbs qoyulub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Vüqar Əliyev həbs olundu
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
-
Azərbaycanlı qız yad ölkədə vəhşicəsinə öldürüldü - Şok cinayətin təfərrüatı
-
Bakıda 5 milyonluq siqaret qaçaqmalçılığı məhkəməsi başladı
XƏBƏR LENTİ
-
Zamiqin Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib