Çayxanada müştərinin sifətinə bıçaq zərbəsi endirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Arif Həsrətovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Milli.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Arif Həsrətov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, Arif Həsrətov 2025-ci ilin iyun ayında, axşam saatlarında sərxoş vəziyyətdə İsmayıllı rayonunun Quşencə kəndində yerləşən zərərçəkmiş Kamal Quliyevin (soyadı şərtidir) icarə əsasında fəaliyyət göstərən çayxanaya gəlib.
Cinayət işinin materiallarında göstərilib ki, təqsirləndirilən şəxs çayxanada olduğu müddətdə yüksək səslə nalayiq ifadələr işlədərək digər müştərilərin istirahətinə mane olub.
Həmin obyektdə olan şəxslər vəziyyətin gərginləşməsi səbəbindən zərərçəkmiş şəxsə məlumat veriblər. Kamal hadisə yerinə gələrək Arifdən nalayiq ifadələr işlətməməyi və çayxanadan getməsini tələb edib. Lakin bu irad təqsirləndirilən şəxsin narazılığına səbəb olub. Tərəflər əvvəlcə çayxananın içərisində mübahisə ediblər. Daha sonra onlar obyektdən çölə çıxaraq uzaqlaşıblar.
İttiham aktında qeyd olunub ki, Arif Kamalın ona irad bildirməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan nalayiq ifadələr işlədib və xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi, istintaqla növü müəyyən edilməyən kiçik ölçülü bıçağı çıxarıb. O, qəfil hərəkətlə bıçaqla zərərçəkmişin sifət nahiyəsinə bir dəfə zərbə endirib.
Nəticədə Kamalın sağ qaşı, qaşarası, burun nahiyəsi, sol gözaltı, sol almacıq və sol yanaq hissəsini əhatə edən geniş kəsilmiş yara əmələ gəlib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsdə yaranmış çapıq zaman keçdikcə öz-özünə aradan qalxmayan, geridönməz xarakter daşıyan və yalnız kosmetik-cərrahi müdaxilə ilə aradan qaldırıla biləcək iz buraxıb. Ekspertiza həmin xəsarəti sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi ilə nəticələnən sağlamlığa ağır zərər kimi qiymətləndirib.
Arifin bu əməli xuliqanlıq niyyəti ilə, yəni cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirərək törədib. Məhkəmədə ifadə verən Arif Həsrətov ona elan olunmuş ittihamı qismən qəbul edib. O deyib ki, özünü yalnız Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli hesab edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Çayxanada müştərinin sifətinə bıçaq zərbəsi endirdi
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
-
Bakıda kişi arvadını azyaşlı övladının gözü qarşısında güllələdi - Yenilənib (Video)
-
Türkiyədə naxçıvanlı sərnişin döyülüb xəstəxanalıq oldu - (Video)
-
Bakıda mənzildən ər və arvadın meyitləri tapıldı - təfərrüat
-
Özbək qadın Bakıda həbs olundu - yarım milyonluq dələduzluq edib
XƏBƏR LENTİ
-
Xarq adasını tutmaq planı buna görə baş tutmayıb: Kritik anda sıradan çıxıb
-
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - (Video)
-
Almaniyada rekord isti: 5 mindən çox ölən var
-
Sürücü avtobusu saxlayıb siqaret çəkməyə düşdü - (Video)
-
Osimhenlə bağlı "Qalatasaray"lıları üzəcək xəbər
-
Bakıda velosiped və skuter sürənlərin nəzərinə - İşıqforların sayı artırıldı - (Foto)
-
İsmayıllıda maşın ayını vurdu - (Video)
-
Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək
-
Boşanma olmadan aliment necə almaq olar?
-
Netanyahu Trampa Ərdoğandan şikayət etdi
-
DÇ-2026: İspaniya Belçika ilə qarşılaşacaq
-
40 yaşlı Hadisenin makiyajsiz halı diqqət çəkdi - (Video)
-
Çayxanada müştərinin sifətinə bıçaq zərbəsi endirdi
-
Azərbaycanda avro və rubl bahalaşdı
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlandı
-
Əli Xamenei dəfn edildi
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Elşad Xose polisə çağırıldı
-
Fransa dünya çempionatında yarımfinalında!
-
Üzüm yarpağını qaynatmazdan əvvəl yumaq lazımdır?
-
İyulun şanslı bürcləri
-
Hər qatında ayrı ləzzət: "Cottage pie" resepti
-
Parisin əsrlik simvolu olan ən məşhur kafesi: 19-cu əsrdə açılıb - (Video)
-
2026-cı ilin transfer mövsümünün klubsuz ulduzları





