Autizmli uşağı parodiya edən İlkin: "Söyüş və qarğış silməkdən yorulmuşam"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi aktyor İlkin Misgərlinin "Bizim eltilər" serialındakı səhnəsi tənqid olunub. Aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb. Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Misgərlinin görüntülərini paylaşaraq "Bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır" sözlərini yazıb.
Hazırda sosial şəbəkələrin Azərbaycan seqmenti aktyor İlkinə etiraz edir.
Milli.Az-ın məlumatına görə, məsələ ilə bağlı layihə rəhbəri Vüqar Əmirov bizim.media-ya bildirib ki, orijinal videonun mahiyyəti tamam başqadır: "İlkin Misgərli kiminsə qəlbinə dəyəcək adam deyil. Mənim öz övladım da autizm xəstəsidir. Əgər orada başqa fikirlə ələ salmaq olsaydı, mən özüm buna yol verməzdim. O kiçik videoçarx texniki səhvdir. Montajçı özü sosial adam olmadığı üçün buna fikir verməyib, daha doğrusu onun həssas mövzu olduğunu dərk etmədən bunu gülməli hesab edərək paylaşıb.
Əslində bu öz aramızda, təklikdə zarafatlaşdığımız efirə getməyəcək bir videodur. Bu ələ salmaq, "məzələnmək" üçün edilməyib. İnsan olaraq biz hamımız İlkini tanıyırıq və belə səhvə yol verməyəcəyini bilirik. Sadəcə bir anlaşılmazlıq olub".
Aktyor İlkin Misgərli Musavat.com-a açıqlamasında sosial şəbəkələrdə yayılan videonun tamamilə təhrif olunduğunu bildirib. Onun sözlərinə görə, müzakirələrə səbəb olan görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur və video sonradan montaj edilərək fərqli məna yaradılıb: "Nə məsələdir, nə olub? Bu nədir ki, belə üstümə gəlirlər? Kimsə videonu kəsib, montaj edib, uşağın şəklini mənim videomun üstünə qoyub. Hamı da elə həmin montaj olunmuş görüntünü paylaşır. Heç kim fikirləşmək istəmir ki, bunun orijinalı belə deyil. Hamı başlayıb məni baltalamağa. Məqsəd nədir, nə etmək istəyirlər? Biri söyür, biri qarğış edir. Bu nə deməkdir?"
İlkin Misgərli vurğulayıb ki, peşəsi aktyorluqdur və səhnədə müxtəlif obrazlar canlandırır. Onun sözlərinə görə, həmin səhnə konkret hər hansı şəxsi, xüsusilə də autizmli uşağı parodiya etmək məqsədi daşımayıb: "Mən heç kimi parodiya etməmişəm. Mən aktyoram, rol oynayıram. Başımı da yelləyərəm, qolumu da yelləyərəm, ayağımı da yelləyərəm. Bu, aktyor oyununun bir hissəsidir. İnsanları güldürmək üçün müxtəlif jestlərdən istifadə edirik. Amma bunu götürüb tam başqa məna ilə camaata təqdim ediblər. Mən ömrüm boyu sağlamlıq problemi olan uşaqlarla lağ etməmişəm və belə bir addımı heç vaxt atmaram. Mənim xəstə uşaqla nə işim var? İndiyə qədər xəstə uşaqla lağ eləmişəm? Videonu montaj ediblər, sonra da uşağın şəklini onun yanına yerləşdiriblər. Bütün problem bundan yaranıb".
Aktyor sosial şəbəkələrdə tənqid olunan "dəli qız" ifadəsinə də münasibət bildirib. O qeyd edib ki, bu ifadə gündəlik danışıq dilində işlənən məcazi sözdür və konkret hər hansı şəxsə və ya xəstəliyə ünvanlanmayıb: "Autizmli uşağa niyə "dəli" deyim ki? "Dəli qız" sözü hamımızın dilində var. Öz aramızda da işlədirik. Bunun autizmlə heç bir əlaqəsi yoxdur. İş-gücüm qalıb bir tərəfdə, söyüşləri, qarğışları silməkdən yorulmuşam".
Aktyor ondan üzr istəməsini tələb edənlərə də cavab verib: "Deyirlər, üzr istə. Nəyə görə üzr istəyim? Mən oğurluq etmişəm? Kim videonu montaj edib, uşağın şəklini gətirib onun altına yerləşdiribsə, onu tapsınlar. Üzr istəməli olan da odur. Gəlin, əvvəlcə həmin adamı tapaq. Bizim qohumlarımız arasında da autizmli uşaq var. Rejissorumuzun övladı da autizmlidir. Komedixanaya autizmli uşaqlar da gəlirlər, tamaşalarımıza baxırlar, onlarla şəkil çəkdiririk. Belə bir münasibət bizdə heç vaxt olmayıb".
Sonda aktyor bildirib ki, məsələni şəxsən izah etmək üçün autizmli uşağın ailəsi ilə görüşəcək:
"Bu gün uşaqla və valideyni ilə görüşəcəyəm. Onlara izah edəcəyəm ki, belə bir niyyət olmayıb. Həmin görüntünün autizmli uşaqla heç bir əlaqəsi yoxdur, hər şey montaj nəticəsində yanlış təqdim edilib".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı
-
Xırdalanda avtomobil yandı - (Video)
-
Qazaxda 3 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı
-
Dünya bazarlarında neft 1 dollardan çox ucuzlaşıb
-
ABŞ-ın 40 trilyon dollarlıq borcu: Böyük təhlükə yaxınlaşır
-
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
-
5 rayon və Bakının bu ərazilərində işıq kəsiləcək
-
Bakıda qadını avtomobil vurdu
-
Paltaryuyan maşının dostu - Sirkə hər şeyi həll edir
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib





