Kriminal

"Mülk üstündə balalarımı baltaladı" - Əmisi tərəfindən qətlə yetirilən Həqiqətin anası danışdı

3 Fevral 2026 15:05
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ən ağır cəzanı istəyirəm, günahsız balamın qanı yerdə qalmasın, mənim günahsız balamı doğradı".

Milli.Az xəbər verir ki, Cəlilabad rayonunda əmisi tərəfindən amansızcasına qətlə yetirilən 2012-ci il təvəllüdlü Nağıyeva Həqiqətin anası Xəyalə Məmmədova hadisə ilə Baku Tv-yə danışıb.

Ana bildirib ki, faciə baş verən zaman evdə olmayıb:

"Uşaqlarla evdə idim, sonra çörək almaq üçün dükana getdim. Qayıdanda gördüm ki, iki qardaş - Nağıyev Orxan və Nağıyev Əliqismət, onların ailə üzvləri yolda dayanıb mənə baxa-baxa nəsə danışırlar. Sonradan bildim ki, körpə balalarımı balta ilə doğrayıblar. Məni evə buraxmadılar ki, qan itirsin, ölsün".

Xəyalə Məmmədovanın sözlərinə görə, hadisədən sonra şübhəli şəxs arvadını da götürərək qaçıb:

"Mülk üstündə olub. Evi yox idi, balalarımı mənim yurduma sahib çıxmaq üçün öldürüblər. Günahsız balamı doğradılar. Ən ağır cəzanı istəyirəm, balamın qanı yerdə qalmasın".

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev daha əvvəl müxtəlif cinayətlərə görə 4 dəfə məhkum olunub. Məlumata görə, o, cəza müddətini başa vurduqdan sonra bir müddət əvvəl evə qayıdıbmış.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.