Kriminal

Cəlilabadda əmi qardaşı uşaqlarını belə hücum edib - Qohumları danışdı

2 Fevral 2026 11:32
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda ağır cinayət hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, kənd sakini, 49 yaşlı Əli Hüseynbala oğlu Nağıyev qardaşının azyaşlı övladlarına - 2012-ci il təvəllüdlü Hüseyn Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevaya hücum edib.

Hadisə nəticəsində hər iki yeniyetmə baş nahiyəsindən ağır bədən xəsarətləri alıb.Həqiqət Nağıyevanın həyatını xilas etmək mümkün olmayıb. Onun qardaşı Hüseyn Nağıyevin müalicəsi isə davam etdirilir.

Şahidlərin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs spirtli içkinin təsiri altında olub. O, hadisədən sonra küçəyə çıxaraq qonşularına qardaşının övladlarına xəsarət yetirdiyini bildirib.

Qohumlardan biri Sakit Abbasov hadisənin onları şoka saldığını deyib:

"Gedib gördük ki, əmisi uşaqları balta ilə doğrayıb.Balta uşaqlardan birinin baş nahiyəsinə vurulub. Uşağın beynini dağıdıb, töküb yerə. Qız uşağı dünyasını dəyişdi. Hadisəni törədən şəxsin özünün də iki övladı var" .

Digər qohum Xalid Abbasov isə bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən əmi daha əvvəl də məhkum olunub və tez-tez spirtli içki qəbul edirmiş:

"Əmisi yenicə həbsdən çıxmışdı. İçkili idi və hadisəni də bu vəziyyətdə törədib. Uşaqlar ataları olmadığı üçün anaları ilə birgə yaşayırdılar. Kartof sahəsində işləyirdilər, halal zəhmətlə dolanan uşaqlar idi" .

Qeyd edək ki, faktla bağlı bir nəfərin qəsdən öldürülməsi və digər şəxsin qəsdən öldürülməsinə cəhd maddələri üzrə cinayət işi başlanıb. Əli Nağıyev prokurorluq tərəfindən şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.