Məktəbli sinif otağında BIÇAQLANDI - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
00:20
Ucarda yeniyetmələr arasında insident baş verib.
Milli.Az xəbər verir ki, hadisə fevral ayının 4-də rayonun Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.
Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə nəticəsində birinin kəsici alətlə xəsarət alması ilə nəticələnib.
"Hadisə baş verəndə işdə idim. Dedilər, gəl, nəvəni qan aparır. Ondan sonra uşağı götürüb xəstəxanaya apardım. Həkim dedi ki, barmaqları kəsilib. Əməliyyat olundu, hazırda evdədir. Heç bir yerə şikayət etməmişik, ayıbdır", - xəsarət alan məktəblinin babası Əliniyaz Fərzəliyev bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.
Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. (baku.tv)
---------------
2025.02.06
Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.
Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-də ambulator müalicə üçün evə buraxılıb.
--------
10:17
Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.
Milli.Az bildirir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.
Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.
Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib. /APA
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
XƏBƏR LENTİ
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"





