Bakıda zibil qutuları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, dekabrın 25-i saat 7 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində dəyəri 1100 manat olan 2 ədəd məişət tullantıları qutusunun oğurlanması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmək şübhəli bilinən Ş.Musayev və əvvəllər məhkum olunmuş T.Əzimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Milli.Az