Ağstafada 23 yaşlı ər 18 yaşlı arvadını öldürüb.
Milli.Az xəbər verir ki, hadisə Vurğun qəsəbəsində qeydə alınıb. O, öz yoldaşını atası evində öldürüb. Valeh Qədimov qaynatasıgilə yoldaşı Mədinə Qədimova ilə barışmağa gəlibmiş.Mərhumun anasının sözlərinə görə, qızı ilə yoldaşı yola getmirlərmiş.
Qətlin baş verdiyi gün də qızın ailəsi başqa birisi üçün nişan aparırmış. Yoldaşının evdə tək olmasından istifadə edən ər onu qətlə yetirib.
Anasının sözlərinə görə, o qızın tam ölməsini gözləyəndən sonra gedib təslim olub.
Faktla bağlı araşdırmalar davam edir.
Aysel Əkbər
Milli.Az