00:39
Ağstafada ötən gün törədilmiş qətlin təfərrüatı məlum olub.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.
Mədinə Qədimovanın valideynləri bildiriblər ki, ər-arvad arasında əvvəllər də münaqişələr olub.
Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gedib.
Mərhumun yaxınlarının iddialarına görə, Valeh Qədimov qayınanasıgili nişan mərasiminə apardıqdan sonra evə qayıdıb. Bu dəfə o, evdə heç kimin olmadığı vaxt hadisəni törədib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:
----------
2024.12.23
Ağstafada 23 yaşlı ər 18 yaşlı arvadını öldürüb.
Milli.Az xəbər verir ki, hadisə Vurğun qəsəbəsində qeydə alınıb. O, öz yoldaşını atası evində öldürüb. Valeh Qədimov qaynatasıgilə yoldaşı Mədinə Qədimova ilə barışmağa gəlibmiş.Mərhumun anasının sözlərinə görə, qızı ilə yoldaşı yola getmirlərmiş.
Qətlin baş verdiyi gün də qızın ailəsi başqa birisi üçün nişan aparırmış. Yoldaşının evdə tək olmasından istifadə edən ər onu qətlə yetirib.
Anasının sözlərinə görə, o qızın tam ölməsini gözləyəndən sonra gedib təslim olub.
Faktla bağlı araşdırmalar davam edir.
Aysel Əkbər
Milli.Az