Kriminal

Əri tərəfindən öldürülən 27 yaşlı Bənövşənin qətlinin təfərrüatı - oğlunun gözü önündə...

19 Dekabr 2024 08:26
Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda baş vermiş amansız qətlin detalları məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabr ayının 8-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib.

Kürəkən, 36 yaşlı Hikmət Bəylər oğlu Əkbərov gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə həyat yoldaşı, 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb.

Hadisə Hikmət və Bənövşənin dörd övladının gözü qarşısında baş verib.

Mərhum B. Əkbərovanın bibisi bildirib ki, qızın bədənində çoxsaylı bıçaq yarası olub. Bir saat ərzində ölməyən qadını öldürmək üçün kişi bu dəfə stulu götürərək başına vurub. 12-13 yaşlı oğul atasının ayaqlarına yapışaraq, "Anamı öldürmə!" deyə yalvarıb, lakin ata buna məhəl qoymayıb.

O, anasını öldürdükdən sonra uşaqları qaçıraraq atasının evinə aparıb.

Mərhum Bənövşə Əkbərovanın anası Gülbəniz Bədəlova bildirib ki, ailələr arasında düşmənçilik 2010-cu ildə, 14 yaşlı Bənövşənin Hikmət tərəfindən qaçırılması ilə başlayıb. Barışdıqdan sonra isə nəvəsi ona zəng edərək deyib ki, gecə atam anamı çilçıraqdan asıb. O, bu xəbəri alandan sonra dərhal polisə müraciət etdiklərini deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.