Əri sağ olan qadın necə dulluğa görə təqaüd aldı? - 9000 manat...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq əməkdaşı Vüsal Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Sofiya Yedigarova ifadəsi zamanı təqsirləndirilən şəxsi tanımadığını bildirib:
"Mən Vüsalı tanımıram. Rüfət və İlqarla danışmışam. Rüfət rəhmətə gedib. İlqarla əlaqəm yoxdur. Mənim yoldaşım sağdır, lakin mən ailə başçısını itirməyə görə təqaüd almışam. Hər ay 100 manat məbləğində vəsait mənə verilirdi".
Digər şahid Məmmədəli Zeynalov ifadəsində bildirib ki, onun adından təqaüd alınıb, amma o nə təqaüd, nə də bankdan kart alıb:
"Mənə müstəntiq bildirdi ki, dövlət tərəfindən sənə 9000 manatdan artıq vəsait ödənilib. Həmin pullar karta köçürülüb və kartdan nağdlaşdırılıb. Kart "Bank of Baku"nun plastik kartıdır. Lakin mən banka yaxınlaşıb kart belə almamışam. Bildiyimə görə, kartı bankdan Bəhruz götürüb".
Təqsirləndirilən şəxs kartı başqa bir adamın götürməsini qeyri-mümkün adlandırıb və məhkəmədən "Azəricard"a bununla bağlı sorğu göndərməyi xahiş edib.
Məhkəmə yerində müşavirə edərək məsələni baxılmamış saxlayıb. Qeyd olunub ki, növbəti prosesdə sorğu məsələsinə qayıdılacaq.
Daha sonra digər şahidlər ifadə verib.
Proses dekabrın 17-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Əliyev Vüsal Arif oğlunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İbtidai istintaqla Vüsal Əliyevin saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması, nəticədə Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6 milyon 500 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Vüsal Əliyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qaradağdakı cinayətin detalları: "Yusif Petrol"un sahibinin oğlu arvadı ilə mesajlarına görə qonşusunu öldürüb
-
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq
-
Baş Prokurorluqdan Gürcüstanda öldürülən Fatimə ilə bağlı açıqlama
-
Bakıda qayınata gəlininə sataşan şəxsin üzərindən maşınla keçdi
-
"Arzum"un səhhəti pisləşdi - Vəkili danışdı
-
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
XƏBƏR LENTİ
-
Qaradağdakı cinayətin detalları: "Yusif Petrol"un sahibinin oğlu arvadı ilə mesajlarına görə qonşusunu öldürüb
-
Ülviyyə Xəlilbəyova: "Saçımı yoldu, pis sözlər dedi"
-
Müddətli əmək müqaviləsi ilə işləyənlərin nəzərinə! - Ali Məhkəmədən mühüm qərar
-
Netanyahu Vensə cavab verdi
-
Aparıcı Nərmin: "5 ildir ailəliyəm, ərimin telefonunu 1 dəfə yoxlamamışam" - (Foto-Video)
-
Türkiyədə 21 yaşlı vəkil faciəvi şəkildə öldü - (Foto)
-
40 il sonra penalti qaçıran ilk braziliyalı oldu
-
Nəriman Həsənzadənin son vəziyyəti
-
Sabah çimərliklərdəki hava açıqlandı
-
Bakıda avtobus yandı
-
“Azərbaycan Hava Yollarının 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir”
-
AQTA sədrinin müavini təyin olunan Əli Nəbiyev kimdir? - DOSYE
-
AQTA sədrinə yeni müavin təyin olundu
-
Sabah hava yağışlı olacaq, şimal-qərb küləyi əsəcək
-
52 yaşlı Penelopa Kruz sürücülük vəsiqəsi almaq qərarına gəlib
-
Süni intellekt "Trend İnformasiya Agentliyi"nin xəbər redaksiyasının rəhbərlərindən birinə çevrilib
-
Holann dünya çempionatları tarixinin rekordunu təkrarladı
-
Xocalıda təsərrüfatla məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ
-
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı
-
Dünyanın ən böyük hərbi qərargahı müsəlman ölkəsində açıldı
-
"Arzum" yenidən hakim qarşısına çıxarılacaq
-
Cəmilə Qurbanova işdən çıxarıldı
-
Ronaldudan milyonları kədərləndirən sözlər
-
Baş Prokurorluqdan Gürcüstanda öldürülən Fatimə ilə bağlı açıqlama





