Ləbibovun oğlu iki şəxsiyyət vəsiqəsi işlədirmiş - Həbs edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Nəşriyyatı" MMC-nin ("Azərnəşr") sabiq baş direktorunun birinci müavini Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov dələduzluqda ittiham olunur.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, iki nəfəri işə düzəltmək adı ilə aldadıb.
Ləbibov zərərçəkmişlərin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, o, dələduzluq yolu ilə 95 min manat pul ələ keçirib. İstintaq orqanı əvvəl onun həbsinə zərurət görməyib, məhkəməyə qədər barəsində alternativ qətimkan tədbiri seçilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.
Prosesdə zərərçəkmiş şəxslərdən birinin nümayəndəsi iş üçün əhəmiyyət kəsb edən bəzi məsələlər barədə məhkəməyə məlumat verib. O, təqsirləndirilən şəxsin iki şəxsiyyət vəsiqəsindən istifadə etdiyini məhkəmənin diqqətinə çatdırıb. Qeyd edib ki, bu, müttəhimin ölkədən çıxmasına gətirib çıxara bilər. Həmin səbəbdən seçilmiş alternativ qətimkan tədbirinin həbslə əvəz edilməsini xahiş edib.
Məhkəmə qısa araşdırmadan sonra təqsirləndirilən şəxsin əlavə "Kərimov Rəşad Ləbib oğlu" kimi ikinci şəxsiyyət vəsiqəsi daşıdığını təsdiq edib. Sözügedən hal təqsirləndirilən şəxsin istintaqdan yayınmasına səbəb ola biləcəyindən onun həbsinə qərar verilib. Müttəhim məhkəmə zalından istintaq təcridxanasına aparılıb.
İlk baxış iclası sentyabrın 17-si keçiriləcək.
Qeyd edək ki, Ləbib Ləbibov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, uzun müddət "Azərbaycan Nəşriyyatı"nın baş direktoru Ağabəy Əsgərovun birinci müavini işləyib. A.Əsgərov 2021-ci ildə Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub





