“Komando bıçağı” ilə TikTokda video paylaşdı, 8 aylıq cəza aldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Naxçıvanda keçmiş hərbi qulluqçu təlimdən gətirdiyi bıçağa görə cəzalandırılıb.
Milli.Az "Unikal"a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Culfa rayonunun Kırna kənd sakini Elməddin 2020-2023-cü illərdə Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. O, xidmət müddətində Türkiyənin İsparta şəhərinə 2 aylıq təlimə göndərilib.
Elməddin məhkəmədə deyib ki, təlimə rəhbərlik edən şəxs hərbi qulluqçulara üzərilərində gəzdirmək və təlimdə istifadə etmək üçün "komando bıçağı" almalı olduqlarını bildirib. O da İsparta şəhərində yerləşən hərbi ləvazimatlar satılan mağazadan bir ədəd "komando bıçağı" alıb.
Təlim bitdikdən sonra həmin bıçağı təyyarə ilə Bakı şəhərinə, oradan isə Naxçıvan Muxtar Respublikasına aparıb. O, MAXE kimi müqaviləsini yeniləməyib və işdən ayrılıb. Həmin bıçaq da özündə qalıb. Bıçağı Culfa rayonunun Kırna kəndindəki atasına məxsus evdə saxlayıb. Bıçaqdan bir neçə dəfə dağlara göbələk və dağ bitkiləri toplamağa gedən zaman istifadə edib.
Elməddinin ifadəsinə əsasən, bıçaqdan başqa məqsədlər üçün istifadə etməyib. 2024-cü ilin aprel ayında isə dağlıq ərazidə bıçağı göbələyin yanında torpağa batırıb və onun fotosunu TikTok sosial şəbəkəsində paylaşıb.
Ertəsi gün isə polis bölməsinə çağırılıb. Polis əməkdaşı həmin bıçağın oğurluq olduğuna dair şikayət edildiyini bildirib. Elməddin həmin bıçağı aldığı zaman onun soyuq silah hesab edildiyinə dair məlumatı olmadığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə cinayət işi başlanıb.
Culfa Rayon Məhkəməsində hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib, gecə saatlarında yaşadığı ünvanı tərk etməsi, qeydiyyatda olduğu yeri icazəsiz dəyişməsi qadağan edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
XƏBƏR LENTİ
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi





