Nənənin oğurluqla bağlı iddialarına rəsmi reaksiya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncə şəhər sakini Cəlali Sədaqət Dilavər qızı evindən oğurluq edilməsi barədə polisə şikayət edib.
Vətəndaş Hürriyyət.az saytına göndərdiyi müraciətində iddia edib ki, öz qonşuları nəvəsi Əliyev Ayxan Nizami oğlunun əqli qüsurlu olmasından istifadə edərək evindəki əşyaları oğurlayıblar.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, Sədaqət Cəlalinin nəvəsinin əqli qüsurlu olması və kimlərinsə təhriki ilə oğurluq etməsi barədə dedikləri həqiqətə uyğun deyil.
Qeyd olunub ki, Gəncə şəhər sakini Ayxan Əliyev cari ilin iyun ayının 2-dən 3-nə kimi nənəsinə məxsus fərdi yaşayış evindən ümumi dəyəri 102 110 manat olan qızıl-zinət, məişət və elektronik əşyalarını oğurlayaraq müxtəlif şəxslərə satıb.
İş üzrə Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, cinayəti törətməkdə şübhəli bilinən A. Əliyev saxlanılıb. İstintaq zamanı oğurlanan əşyaların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək zərərçəkənə qaytarılıb. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, zərərçəkənin nəvəsi, cinayəti törətməkdə şübhəli bilinən A.Əliyevin araşdırma zamanı hər hansı bir fiziki və ya əqli qüsuru müəyyən edilməyib və əvvəllər də oğurluq etdiyinə görə məhkum olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dəbdəbəli bağ evini GÖSTƏRDİ: “Röya ilə qonşuyam” - VİDEO
-
Tanınmış müğənni vəfat etdi - FOTO
-
Premyer Liqa mövsümünün ən pis 10 TRANSFERİ
-
TƏBİB-in tibb müəssisələrinə yeni rəhbər TƏYİNATLARI - KİMLƏRDİR?
-
Kamaləddin Qafarov: “Azərbaycanda idman siyasəti sistemli və uzunmüddətli strategiyaya əsaslanır”
-
Sürücülərin DİQQƏTİNƏ: Bakıda bu yollar BAĞLANIR
-
Milli Məclisin növbəti plenar iclası keçirilir
-
Kiməsə borc verib ala bilmirsinizsə, bu xəbəri mütləq OXUYUN
-
İsrail BƏƏ-yə müasir silah sistemləri göndərib
-
"Sofiya"canlı orkestrlə mahnı ifa etdi - VİDEO
-
O verilişlərin bağlanmasını istəyənlərə belə CAVAB VERDİ
-
Ölkədə bu ənənə ləğv EDİLİR?
-
Türkiyədə sərnişin avtobusu aşdı: Ölənlər və yaralananlar var - FOTO
-
Günlər 24 yox, 16 saat olub - İDDİA
-
Azərbaycanda da satılan suda üzən həmin lüks avtomobil - VİDEO
-
“Fənərbağça” dünya ulduzunu TRANSFER EDİR
-
Trampa sui-qəsdin yeni görüntüləri yayıldı - VİDEO
-
TƏBİB-in icraçı direktorunun müavini bu şəxs OLDU
-
Əməkdar artist: "Bunu etsəm, ölərəm"
-
May ayı BÜRClərə bunu vəd edir - Kim qazanacaq, kim itirəcək?
-
Bakıda mənzillərin kvadratı 120 manat bahalaşacaq - SƏBƏB
-
Kəlbəcərdə ayı peyda oldu - ANBAAN VİDEO
-
Sabah son oyununa çıxacaq - 40 yaşında karyerasını BİTİRİR
-
İstanbulun əsas küçələri bağlandı - SƏBƏB





