Kriminal

"Nicat Lənkəranski"yə 13 ay cəza verildi, 23 günə azadlığa çıxacaq - FOTO

18 Mart 2024 18:29
Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Nicat Əkbərov 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ( külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində ittiham olunub.

Xatırladaq ki, Nicat Əkbərov digər cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Belə ki, bu ilin martında paytaxtın Nəsimi rayonu ərazisində Nicat Lənkəranskiyə qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.