“Bir beçənin başını kəsməyən oğlum onun həyatına qəsd etdi”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə araşdırması davam edir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
İş üzrə mühakimə edilənlər - sabiq rektor Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev konvoy vasitəsilə məhkəməyə gətiriliblər.
İclasda şahid qismində qətlin icraçısı olduğu iddia edilən Samir Əliyevin anası Məlahət Quliyeva ifadə verib. Samir cinayət haqda ilk dəfə elə anasına etiraf edib. Ana oğlunun günahkar olduğunu inkar etməsə də, onun tamahına qurban getdiyinə təəssüflənir. Oğlunu əziyyətlə böyüdüb-başa çatdırdığından danışan ana mərhum prorektorun ölümünə görə əzab çəkdiyini deyib: "Hər şeydən əvvəl mən anayam. Samiri min bir əziyyətlə, halal çörəklə böyütmüşəm. Kanalizasiya qazıb, daş daşıyıb evə çörək gətirirdi. Çox da sakit uşaq idi. Oğlum heç vaxt cinayətə meyilli olmayıb. Evin bir dənə beçəsinin başını kəsməyib. Dəyanət tutulandan sonra çox narahat idi, evdən çölə çıxmadı. Deyirdi ki, ürəyim sıxılır. Bir dəfə cinayəti etiraf etdi. Dedi, ana, tamahımın qurbanı oldum. Yaşlı bir insanın həyatına qəsd edilib, təəssüf ki, o da mənim oğlum tərəfindən törədilib. Bu gün mərhumu həyata qaytarmaq olsa, mən canımı qurban verərəm".
Şahid ana oğlunun cahilliyinin başına bəla olduğunu düşünür. Deyir ki, onu Dəyanətin verdiyi vədlər aldadıb: "Samir savadsız uşaqdır, hərf tanımır. Dəyanət buna söz verib ki, sənə ev tikəcəyəm, həyat şəraitini yaxşılaşdıracağam. Bu da inanıb. Amma sonra Dəyanət verdiyi vədlərə də əməl etməyib. Bir ana kimi oğlumun bağışlanmasını istəyirəm".
Proses fevralın 21-i davam edəcək.
Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt "Təfəkkür Universitetinin" rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
XƏBƏR LENTİ
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi





