Kriminal

Sumqayıtda idman müəllimi həbs edildi: seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir

22 Avqust 2023 11:25
Baxış: 3 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Bakupost.az yayıb. Xəbərdə bildirilib ki, Əliyev Ceyhun Xasay oğlu yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq edib. Valideynlərin şikayətindən sonra müəllim həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.