Kriminal

Siyəzənda narkotik satan iki şəxs həbs edilib

27 May 2023 12:45
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və əkilib-becərilməsində şübhəli bilinən rayon sakinləri Kamran Balakişiyev və Mehman Salamov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman bükümlərdə narkotik vasitə olan heroin, marixuana və əkilib becərilməsi qadağan edilmiş 50 ədəd çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.