Kriminal

Rusiyada azərbaycanlıya ÖMÜRLÜK HƏBS: Bir neçə qocanı...

26 Aprel 2023 05:14
Baxış: 1 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Vladimir şəhər məhkəməsi 14 il əvvəl baş vermiş qətl hadisələri ilə bağlı iki azərbaycanlı və bir yerli sakinə höküm oxuyub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, məhkəmə istintaqı sübut edib ki, Xudiyev və Məmmədov adlı azərbaycanlı, Juravlyov adlı yerli sakinlə birgə yaşlı insanları bu və digər bəhanələrlə aldadıb, daha sonra öldürərək onların əmlakına ələ keçiriblər. 

Məhkəmə bir neçə belə qətlin törədildiyini sübut edə bilib. Nəticədə Məmmədov ömürlük, Xudiyev isə 20 il müddətində azadlıqdan məhrum olunub. 

Joravlyova isə 24 il həbs cəazsı verilib. Onların hər üçü cəzalarını xüsusi rejimli islah əmək koloniyasında çəkəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.