Kriminal

Xırdalanda narkotikə görə 6 nəfər tutuldu - VİDEO - FOTO

13 Fevral 2023 16:54
Baxış: 914
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir Rzayev saxlanılıblar.

DİN-dən bildirilib ki, bu şəxslər izahatlarında narkotikləri şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxş zamanı 4 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Aqil Əsgərov ifadəsində Xırdalan şəhəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər - Amil Talıbov da saxlanlılıb. Həmin şəxsdən isə 1 kiloqrama yaxın marixuana aşkar olunub.

Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.