İki il əvvəl intihar etdiyi deyilən bir uşaq anasının ölümü yenidən araşdırılacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2021-ci ilin aprel ayında Sabirabad rayonunda intihar edildiyi deyilən 2001-ci il təvəllüdlü Zeynalova Səmayə Xalid qızının ölümü ilə bağlı məsələ yenidən araşdırılacaq.
Bu barədə hüquq müdafiəçisi Samir Zeynalov özünün "Facebook" səhifəsində paylaşım edib.
O bildirib ki, qadının intihar etməsi ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi ilə bağlı qərar ləğv olunub:
"24 aprel 2021-ci il tarixində "intihar" etdiyi deyilən Sabirabad rayonu, Cavad kənd sakini Zeynalova Səmayə Xalid qızı ilə bağlı Sabirabad Rayon Prokurorluğunun 19 iyun 2022-ci il tarixli "Cinayət işi üzrə icraata xitam verilməsi haqqında" qərarı Baş Prokurorluq ləğv etdi. Mübarizəmizin birinci və çətin mərhələsini geridə qoymağı bacardıq. Həqiqət gec-tez üzə çıxacaq. Bütün təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar".
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən oxu.az-ın sorğusuna cavab olaraq həmin fakt təsdiqlənərək bildirilib ki, hazırda Sabirabad Rayon Prokurorluğunda qeyd olunan cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, bir uşaq anası S.Zeynalova Sabirabad rayonunun Cavad kənd sakini, Səmayə Zeynalovanın özünü yaşadığı evin həyətindəki nar ağacından asdığı ilə bağlı məlumat yayılmışdı.
Qız ailəli olduğu dövrdə valideynlərinə həyat yoldaşı, qayınatası, qayınanasının ona mənəvi, psixoloji işgəncə verdiklərini və onu bezdirib intihar həddinə çatdırdıqlarından dəfələrlə şikayət edib, boşanmaq istəyib. Qızın atası onun boşanmasına razılıq verib, amma anası qəti etiraz edib. Daha sonra ailə S.Zeynalovanı ölüm həddinə əri və ailəsinin çatdırdığını açıqlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Rus model sevgilisi tərəfindən vəhşicəsinə döyüldü – Kəllə sümüyünün yarısını itirib - (Fotolar)
XƏBƏR LENTİ
-
"Mançester Yunayted" hesabda 4:0 öndədir - YENİLƏNİR - CANLI
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
-
“Mançester Yunayted”dən “Sabah”la bağlı ironik (Video)





