Göyçaydan Bakıya narkotik aparmaq istədilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə 6 nəfər tutularaq istintaqa cəlb edilib, 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Goranboy rayon sakinləri - əvvəllər də törətdiyi cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Natiq Şahmuradov və qonşusu Ramin Qasımov saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı Natiq Şahmuradovdan 1 kiloqramdan artıq marixuana, 840 qram tiryək, yarım kiloqrama yaxın heroin, eləcə də 87 qram metamfetamin aşkar edilib. Araşdırma zamanı Natiq Şahmuradovun xarici ölkə vətəndaşına narkokuryerlik etdiyi məlum olub. Belə ki, o, pul qarşılığında qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən narkotik vasitələri respublikamızın şəhər və rayonlarına paylanılmasını təşkil edib. Sonuncu dəfə isə Ramin Qasımova məxsus avtomobillə Goranboydan Göyçaya gələn dostlar burada onlara deyilən ərazidən narkotik vasitə və psixotrop maddələri götürərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik vasitələrin saxlanılmasında və daşınmasında şübhəli bilinən daha 4 nəfər, əvvəllər də eyni əmələ, eləcə də digər cinayətlərə görə məhkum olunmuş rayon sakinləri-Elvin Quliyev, Rövşən Abdullayev, Adil Qasımov və Kənan Nəbiyev saxlanılıb. Onlardan müxtəlif növ narkotik vasitələr-marixuana, heroin, metamfetamin və psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb. İstintaq zamanı saxlanılanlardan Elvin Quliyevin digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun yaxın qohumunun evindən 680 manat pul oğurladığı da məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanların ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)





