Kriminal

Məzar daşı düzəldən usta keçmiş iş yerini qarət etdi - VİDEO

10 Yanvar 2023 17:39
Baxış: 1 172
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub. Daha sonra oradan 2 ədəd noutbuk və 1 ədəd məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib.

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.