Kriminal

Narkotikin təsiri altında olan sürücü həbs edildi

10 Yanvar 2023 11:05
Baxış: 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən "Mercedes" markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bərdə rayon sakini Şamxal Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9, 327.3, 334.3 və 511-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qaradağ rayon məhkəməsinin qərarına əsasən, Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.