"Bir nəfər cavan oğlanla cavan qızın bir-birlərini qucaqlayaraq öpüşdüklərini gördüm" - Sumqayıtda dava
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt şəhərində 1987-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində Valehə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, hadisə 11 avqust 2022-ci ildə, saat 18 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dəniz kənarında baş verib.
Əli orada Valehin bir qızı dənizdə qucaqlayaraq öpüşdüklərini görüb. Daha sonra onların sudan çıxdıqlarını görüb, Valehi kənara çağıraraq ona iradını və etdiyi hərəkətin düzgün olmadığını bildirib. Valeh isə ədəbsiz hərəkətə yol vermədiklərini deyib.
Bu mövzuda mübahisə baş verib. Mübahisə zamanı Əli Valehin sol göz nahiyyəsinə yumruqla zərbə vuraraq, ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi Sumqayıt şəhər Məhkəməsinə göndərilib. İş hakim Elçin Məmmədovun sədrliyi ilə araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhərində doğulub, evlidir, 2 azyaşlı uşağı var: "Yaşadığım ev dəniz kənarına yaxın yerləşdiyindən yay aylarında çox vaxtı orada oluram. Son vaxtlar maddi sıxıntılarım olduğundan əsəbi oluram və sakitləşmək üçün dəniz kənarına gedərək havamı dəyişirəm".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 18 radələrində dəniz kənarında olan zaman, dənizdə suyun içərisində bir nəfər cavan oğlanla cavan qızın bir-birlərini qucaqlayaraq öpüşdüklərini görüb: "Yaxınlıqda olmasa da, bir az aralıda bir neçə ailə-uşaq istirahət edirdi. Dənizdə olan həmin cavan oğlanın hərəkəti mənə pis təsir etdi. Bir qədər sonra onlar sudan çıxdılar. Həmin cavan oğlana sözüm olduğunu deyərək kənara çağırdım. Fikrimdə o idi ki, oğlana etdiyi hərəkətin ayıb olduğunu deyim.
Adını sonradan öyrəndiyim Valehə irad tutdum. Lakin o, əcəb elədiyini deyərək üstümə gəldi. Əsəbləşərək Valehin sifətinə yumruqla bir zərbə vurdum. Yaxınlıqdan keçən tanımadığım bir yaşlı kişi bizə təpindi. Mən də həmin yerdən uzaqlaşdım".
Cinayət işi üzrə zərərçəkmiş Valehin sözlərinə görə, hadisə günü saat 18 radələrində arvadı Baharla dəniz kənarına istirahətə gediblər: "İstirahət zamanı tanımadığım şəxs bizə yaxınlaşaraq söz soruşmaq üçün məni kənara çağırdı. Onunla birlikdə təxminən 10 metr uzaqlaşaraq söhbət etməyə başladıq. Əli məndən niyə tərbiyəsizlik etdiyimi soruşdu. Mən onu başa düşmədim, nə kimi tərbiyəsizlik etdiyimi soruşdum. Əli isə cavabında "siz niyə ələlə tutaraq dəniz kənarında gəzişirsiniz" dedi.
Mən də ona dedim ki, sən kimsən ki, mən heç bir tərbiyəsizlik etmirəm, bura ictimai yerdir, insanlar ətrafda istirahət edir, heç kimə narahatlıq yaratmıram, arvadımla istirahət edirəm. Həmin vaxtı Əli gözlənilmədən sol gözümün altına yumruqla vuraraq mənə xəsarət yetirdi".
Zərərçəkmiş qeyd edib ki, daha sonra arvadı ilə birlikdə yaşadıqları ünvana qayıdıb: "Evdə baş vermiş hadisə barədə danışandan sonra qaynatam həmin şəxsin uzaq qohumluq əlaqələri olan Əli olduğunu bildirdi".
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib.
Bunu nəzərə alan hakim Əlinin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Bakıda restoranda 5000 dollarlıq oğurluq
-
“Sədərək”də biznesmeni bıçaqladılar
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
-
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
XƏBƏR LENTİ
-
“Gimnastika hamı üçün” həyəcanı başa çatıb - FOTO
-
Rusiya ordusu Kiyevi dron və raketlərlə vurdu
-
Dünya çempionatı: Fil Dişi Sahili və İsveç qalib gəldi
-
Hamının içində gülüb təklikdə darmadağın olan 4 bürc
-
Son zamanların ən populyar ləzzəti - Dulce de Leche
-
Azərbaycanlı məşhurların həyat yoldaşları ilə FOTOları
-
Bir vaxtlar xəbər aparıcısı idi, indi isə KRALİÇADIR - VİDEO
-
Hovuz suyunun gözlərə zərəri
-
Öpüşmək zamanı etdiyimiz səhvlər
-
DÇ-2026: Niderland - Yaponiya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB
-
Almanlar bu dünyada "cənnəti yaşayırlar" - Müzakirə yaradan GÖRÜNTÜ - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Köçəryanın saxlanılmasının görüntüləri - FOTO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Prezident İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim





